Salyan MRX-da doğuşdan sonra ölən ananın meyidini təhvil almaq üçün saatlarla həkim tapılmadı - VİDEO
Teref.az xəbər verir ki, Salyan Mərkəzi Xəstəxanasında rəhmətə gedmiş qadının meyidini yaxınlarına təhvil vermk üçün personaldan heç kim tapılmır.
Salyanda ana doğuşdan sonra ölüb. Bizim Salyan səhifəsinin yazdığına görə, hadisə ötən gecə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Dördlər kənd sakini, 32 yaşlı Gülnarə Mahir qızı Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub. Valideynlərinin razılığı ilə cərrahiyyə şöbəsində qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə ana bətnindən götürülüb. Bir neçə saatdan sonra valideynləri qızları ilə əlaqə saxlayıb.
Mahir Əzizovun dediyinə görə, bundan sonra həkimlər qızına təcili qan lazım olduğunu bildirib. 3 nəfər Şirvan şəhər xəstəxanasına göndərilib, qan verdikdən sonra əlavə qan gətiriblər. Qan vurulduqdan sonra qızları ilə yenidən əlaqə saxlayıblar. Ötən gün axşam saatlarında Gülnarənin halı ağırlaşıb. Və o axşam xəstəxanada dünyasını dəyişib. Gülnarənin valideynləri qızlarının ölümündə həkimləri təqsirləndirirlər.
Məsələyə aydınlıq gətirmək üçün xəstəxananın doğum şöbəsinin müdiri İradə Ağalarovaya görüşdük. Kamera qarşısında müsahibə verməkdən imtina etsə də, şifahi olaraq bildirdi ki, Gülnarə Hümmətova xəstəxanaya daxil olan zaman şikayətləri kəskin baş ağrısı, epiqastrol nahiyədə ağrı, qarının aşağı hissəsində ağrılar, təzyiqi isə 165-in 100-ə olub.
Gülnarə Hümmətovanın ölümü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra qadının ölüm səbəbi məlum olacaq.
Qeyd edək ki, qadının 3 azyaşlı uşağı qalıb.
Faktla bağlı araşdırma aparılır.
ölkəpress.com