olkepress.com
olkepress.com

Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO

30-11-2020, 13:08

Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEOKoronavirusa yoluxub, sağalanlar yenidən bu bəlaya düçar ola bilərlər.

Mütəxəssislər deyirlər ki, tibbdə bir insanın ikinci dəfə virusa yoluxma hallarına rast gəlinir. Bu hallar isə insanların “mən bu xəstəliyi keçirmişəm bir də yoluxmaram” düşüncəsini alt-üst edir.

Professor Adil Qeybulla Baku Tv-yə müsahibəsində bildirib ki, təkrar yoluxma mümkündür, hətta xəstəlik birinci dəfədən daha ağır formada keçə bilər.

A.Qeybullanın sözlərinə görə, koronavirusa qarşı əsas təbii müdafiə insanın öz immunitetidir.

“İlk yoluxmadan sonra bədən özü ilə COVID-19 arasındakı baryeri gücləndirə bilər, lakin bu həmişə belə olmur. Xəstələnmiş insanlar diqqətli olmalı və digərləri kimi təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.

ölkəpress.com






XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi