olkepress.com
olkepress.com

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

29-04-2022, 18:18

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4026 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2970, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 645 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 802, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 226 442, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 767 nəfər təşkil edir.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi