olkepress.com
olkepress.com

Apteklərdə satılan koronavirus testlərinin doğruluq göstəricisi nə qədərdir? – VİDEO

2-09-2021, 11:36

Apteklərdə satılan koronavirus testlərinin doğruluq göstəricisi nə qədərdir? – VİDEO
Bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan nisbətən ucuz testlərdən istifadə edirlər.

Vətəndaşlar hesab edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuz, daha tez və rahat olmasıdır.

Əzaçılar da son günlər COVID-19 virusana yoluxanların sayının artması ilə bu testlərə marağın daha çox olduğunu bildiriblər. Hətta bəzi apteklərdən bildirdilər ki, testlər tez satıldığı üçün gündəlik depolardan sifariş verirlər. Əçzaçıların sözlərinə görə, testlərin istifadə qaydası da olduqca rahatdır.

Bu testlərin qiymətləri isə firma və istehsal ölkəsinə görə dəyişir.

Testlərin cavablarının doğruluq dərəcəsinə gəlincə isə, əçzaçılar deyir ki, test birbaşa qanla götürüldüyünə görə doğru olma payı yüksəkdir.

TƏBİB-dən isə bildirildi ki, dünyada, eləcə də ölkəmizdə COVID-19-un təsdiqedici nəticəsi olaraq yalnız PSR testi hesab edilir.

Qeyd edək ki, PSR testinin nümunəsi laboratoriya şəraitində emal edilərək hazırlanmış nəticəni verir. Ekspres nümunələrlə labarator şəraitdə nəticə əldə edilmədiyindən rəsmi olaraq virusun təsdiqedicisi hesab olunmur.(xəzərxəbər)




Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi