Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 288 vaksin vurulub.Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 936 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 478 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 200 107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 277 935 təşkil edir.
ölkəpress.com