olkepress.com
olkepress.com

“Buta” klinikasından özbaşınalıq, FHN-i də saymır... - VIDEO

17-07-2021, 17:34

“Buta” klinikasından özbaşınalıq, FHN-i də saymır... - VIDEO

Azərbaycanda qanunvericiliyə görə tibb müəssisəsi yaşayış məntəqəsindən 18-20 metr aralıda yerləşməlidir. Lakin paytaxtın Nərimanov ərazisində, Koroğlu Rəhimov küçəsi 12-də yerləşən “Buta” klinikası bu tələbə məhəl qoymur.

Reportyor.info-ya danışan vətəndaş Aybəniz Əliyevanın sözlərinə görə, klinika onun şəxsi mülkiyyətinə birləşib. Şikayətçi dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, nəticəsi olmayıb. O, klinikada, oksigen balonları yerləşdiyini bildirir və bu da, təhlükə mənbəyidir. A. Əliyeva deyir ki, klinika onun şikayətinə əhəmiyyət vermir. Vətəndaş tələb edir ki, klinika onun evindən aralıya köçürülməlidir. Çünki tibb mərkəzində oksigen balonları var. Onun sözlərinə görə, hətta bir dəfə evini su basıb, indi də divarlar çat verir və klinika rəhbərliyi qanunu pozmaqda davam edir. Şikayətçi yalnız Fövqəladə Hallar Nazirliyinin akt tərtib edərək klinika tərəfindən qanunun tələblərinin pozulduğunu təsdiqləyib. Lakin heç bir praktik nəticə olmayıb. O, Prezident Administrasiyasına, Nərimanov İH-ə şikayət etsə də, vəziyyət dəyişməyib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi