olkepress.com
olkepress.com

Şah gedişidi...!!!

1-02-2021, 11:08

Şah gedişidi...!!!
Səngərin gülün dərmişik,
Sərhəd boyunca sərmişik,
Belə gediş görməmişik,
Bu gediş Şah gedişidi...!!!

Döyüş sanki ŞAHMAT oldu,
Düşmən uduzdu - MAT oldu,
Ugurumuz qat - qat oldu,
Bu gediş Şah gedişidi !!!

Şəhid varsa torpaq da var,
Nakam ruhlar dinclik tapar,
Döyüşə yollandı qatar -
Bu gediş ŞAH gedişidi...!!!


Qarabag!!! Könlün açılsın,
Bizi ayrı salan yansın,
Yoluna işıq saçılsın,
Bu gediş ŞAH gedişidi...!!!

Dagların qadasın alım,
Durun məni yola salın,
Gedəcəyəm ayaqyalın,
Bu gediş ŞAH gedişidi...!!!

Ag atlı oglan yetişdi,
Tarixə düşən bir işdi,
Tanrım ! Bu necə gedişdi ?!
Bu gediş ŞAH gedişidi...!!!
Bu gediş , Şah gedişidi...!!!


Xuraman Camalqızı
DÜNYA YAZARLAR İTTİFAQININ ÜZVÜ. QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI. Turan yazarlar birliyinin üzvü


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi