olkepress.com
olkepress.com

"Whatsapp" 10 gündən sonra bu telefonlarda İŞLƏMƏYƏCƏK

23-12-2019, 17:30

"Whatsapp" 10 gündən sonra bu telefonlarda İŞLƏMƏYƏCƏK[31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan "Whatsapp" milyonlarla telefonda işləməyəcək.
Ölkəpress.com xəbər verir ki, bu barədə "WhatsApp" şirkəti ictimaiyyəti məlumatlandırıb.
"WhatsApp" mesajlaşma şəbəkəsi "Windows Phone" istifadəçiləri, "Android" və "iOS"un köhnə versiyaları üçün fəaliyyətini dayandıracaq.
"Windows Phone"da mesajlaşma xidməti 31 dekabr 2019-cu ildən sonra dayanacaq. "Android 2.3.7" və "iOS 8"-dən daha köhnə əməliyyat sistemi ilə işləyən mobil telefonlarda isə 2020-ci il fevralın 1-də "WhatsApp"dan istifadə etmək mümkün olmayacaq.
Qəbul olunan qərardan sonra dünya üzrə milyonlarla istifadəçi oflayn olacaq. Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi