olkepress.com
olkepress.com

“WhatsApp”da mesajlarla bağlı YENİLİK

7-12-2021, 16:23

“WhatsApp”da mesajlarla bağlı YENİLİK

“WhatsApp” messencerinin növbəti yeniləməsi istifadəçilərin işini bir az da rahatlaşdırıb. Belə ki, tətbiqə mesajın öz-özünə silməsi ilə bağlı yeni taymerlər əlavə olunacaq. Bunun köməyi ilə istənilən mesaj seçilmiş müddətdən sonra çatdan avtomatik olaraq silinəcək.

Yoxa çıxan mesajlar üçün iki yeni müddət əlavə olunub: 24 saat və 90 gün. Əvvəllər mesajın avtomatik silinməsi göndərildikdən yeddi gün sonra mümkün idi.

Beləliklə, ümumilikdə istifadəçi üç vaxt seçiminə malik olacaq - 24 saat, yeddi və ya 90 gün.

O da vurğulanır ki, istifadəçi digər çat iştirakçılarının xəbəri olmadan yazışmaları silə bilməyəcək. Belə ki, ekranda müəyyən müddətdən sonra mesajların silinəcəyi barədə xəbərdarlıq mesajı görünəcək. Bu bildiriş mətnlərin tamamilə yoxa çıxmazdan əvvəl mesajların oxuna bilməsi üçün nə qədər vaxtın qaldığını göstərəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi