olkepress.com
olkepress.com

ABŞ-ın Energetika Nazirliyi: 2022-ci ildə Azərbaycan neft hasilatını artıracaq

9-06-2021, 14:18

ABŞ-ın Energetika Nazirliyi: 2022-ci ildə Azərbaycan neft hasilatını artıracaq


Azərbaycanın 2021-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz azaldılıb.

Ölkəpress.com-un ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, iyun ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcmi 730 min barel olacaq.

Halbuki, agentliyin may ayında Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 740 min barel idi. Buna baxmayaraq, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 30 min barel və ya 4,2 faiz çoxdur.

ABŞ-ın Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 780 min barel olacağını proqnozlaşdırır.

2022-ci ilin gündəlik neft və kondensat hasilatının orta həcmi 2021-ci ilin proqnozu ilə müqayisədə 50 min barel və ya 6,8 faiz daha çoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi