olkepress.com
olkepress.com

SOCAR-ın “Kompleks qazma işləri” tresti yeni satınalma müsabiqələri elan etmişdir - SİYAHI

27-05-2021, 11:03

SOCAR-ın “Kompleks qazma işləri” tresti yeni satınalma müsabiqələri elan etmişdir - SİYAHI


SOCAR-ın “Kompleks qazma işləri” tresti “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və SOCAR-ın 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılıb.

Yarandığı tarixdən etibarən “Kompleks qazma işləri” tresti respublikamızın dəniz və quru sahələrində müxtəlif geoloji xarakterli yataqlarda maili istiqamətləndirilib və horizontal neft və qaz quyularının qazılmasını həyata keçirməkdədir.

Sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə “Kompleks qazma işləri” tresti SOCAR-ın strukturuna daxil olan və böyük elmi potensiala malik olan idarələrlə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu , İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Geofizika və Geologiya İdarəsi və s.) sıx əməkdaşlıq edir.
“Kompleks qazma işləri” tresti qazma plan-qrafikinə müvafiq olaraq hazırda qazılmaqda olan, eləcə də gələcəkdə qazılması nəzərdə tutulan neft və qaz quyularında bütün proseslərin müasir standartların tələblərinə uyğun, yüksək keyfiyyət və qabaqcıl texnologiyalara əsaslanaraq həyata keçirilməsi üçün lazım olan mal-material və avadanlıqların satın alınması məqsədilə mütəmadi olaraq satınalma əməliyyatları təşkil edir.

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunlarına və SOCAR-ın Satınalmaların təşkili və idarəolunması üzrə normativ sənədlərinin müəyyən etdiyi qaydalara uyğun olaraq, eyni zamanda rəqabətliliyin artırılması və səmərəli dəyərin əldə edilməsinə nail olmaq üçün əksər satınalma prosedurları “açıq müsabiqə” üsulunu tətbiq etməklə həyata keçirilir.

Bəzi satınalma əməliyyatları haqqında aşağıda daha ətraflı məlumat əldə etmək olar:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti Sementləmə və bufer reagentlərinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26042-21) elan edir.
Müsabiqədə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur) və iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir), müsabiqə təklifinin təminatı və müsabiqə təklifi (forma əlavə olunur) təqdim edilməlidir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.06.2021-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaq.

Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 23.06.2021-ci il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir.

Təkliflər Azərbaycan və ya ingilis dilində 3 nüsxədə (bir nüsxədə əsli və iki nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır. İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaq. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaq. Satınalan təşkilatın Satınalmalar qrupu müsabiqəyə dəvət sənədlərinin (əsas şərtlər toplusunun) tələblərinə uyğun olaraq, texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan müsabiqə təklifinin bank təminatının təqdim edilməsini tələb edəcək. Yalnız müvafiq qaydada təminat təqdim edən iddiaçının maliyyə təklifi zərfi açılaraq qiymətləndiriləcək.

Qeyd edilməlidir ki, texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcək. Bundan əlavə təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməli və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaq.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər əlaqələndirici şəxsə iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət məktubunu (elektron və ya çap) təqdim etməklə əsas şərtlər toplusunu (elektron və ya çap) Azərbaycan və ya ingilis dilində əldə edə bilərlər.

Qeyd olunmuş sənədlər elanın I paraqrafında göstərilmiş tarixədək iş günü ərazində saat 09:00-dan 17:30-a kimi təqdim və qəbul edilə bilər. İştirak haqqı 590 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutadır və Satınalan təşkilatın aşağıdakı bank hesabına ödənilməlidir:

AZN

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

ABŞ dolları

Intermediary Bank:Deutsche Bank Trust Company Americas,New York

S.W.I.F.T: BKTRUS33

ACC # USD 04-164-504

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department

SWIFT:İBAZAZ2X

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX İD: 9900003871

Account \ IBAN AZ28IBAZ38110018409306332120 USD

AVRO

Intermediary Bank:Commerzbank AG, Frankfurt am Main

S.W.I.F.T: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic " Customer Service

Department

SWIFT: İBAZAZ2X

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX İD: 9900003871

Account No: AZ08IBAZ38110019789306332120 EUR

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqavilənin icra müddəti:

Satınalma müqaviləsi 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Təminatlar:

İddiaçının müsabiqə təklifinin bank təminatı tələb olunur.

Müsabiqə təklifinin təminatı iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə tələb olunur. Bank təminatı yalnız texniki qiymətləndirməni uğurla keçmiş iddiaçılardan tələb olunacaq.

Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaq.

Hazırki satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən maksimal olaraq 30 % avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur.

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.

Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.

SOCAR, “Kompleks qazma işləri” tresti

Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon : (+99 412) 521-31-59

Faks : (+99 412) 521-31-59

[email protected]

Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 23.06.2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 12:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaq.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı linkdən əldə edilə biləcək:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks qazma işləri” tresti Dizel-generatorun ehtiyyat hissələrinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26044-21) elan edir:
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur), iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməli) və müsabiqə təklifidir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.06.2021-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaq.

Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 23.06.2021-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər Azərbaycan və ya İngilis dilində 3 nüsxədə (1 nüsxədə əsli və iki nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır.

İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaq. Texniki qiymətləndirmə bitdikdən sonra iddiaçılar müvafiq vaxt təyin edilərək satınalan təşkilata dəvət olunacaq, əsas şərtlər toplusunun texniki tələblərinə cavab verməyən təklif təqdim etmiş İddiaçıların maliyyə təklifləri açılmadan geri qaytarılacaq, texniki qiymətləndirmədən uğurla keçən İddiaçıların təklifləri açılaraq bəyan ediləcək.

Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcək. Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməli və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaq.

İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər əlaqələndirici şəxsə iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət məktubunu (elektron və ya çap) təqdim etməklə əsas şərtlər toplusunu (elektron və ya çap) Azərbaycan və ya ingilis dilində əldə edə bilərlər.

Qeyd olunmuş sənədlər elanın I paraqrafında göstərilmiş tarixədək saat 09:00-dan 17:30-a kimi təqdim və qəbul edilə bilər. İştirak haqqı 59 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutadır və Satınalan təşkilatın aşağıdakı bank hesabına ödənilməlidir:

AZN

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

ABŞ dolları

Intermediary Bank:Deutsche Bank Trust Company Americas, New York

S.W.I.F.T: BKTRUS33

ACC # USD 04-164-504

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic Customer Service Department

SWIFT:İBAZAZ2X

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX İD: 9900003871

Account \ IBAN AZ28IBAZ38110018409306332120 USD

AVRO

Intermediary Bank:Commerzbank AG, Frankfurt am Main

S.W.I.F.T: COBADEFF

ACC # 400 88 660 3001

Beneficiary Bank: The International Bank of Azerbaijan Republic " Customer Service Department

SWIFT: İBAZAZ2X

Beneficiary: State Oil Company of Azerbaijan Republic

TAX İD: 9900003871

Account No: AZ08IBAZ38110019789306332120 EUR

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Müqavilənin icra müddəti:

Satınalma müqaviləsi 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Ödəniş şərti:

Hazırki satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən maksimal olaraq 30 % avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur.

Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.

SOCAR, “Kompleks qazma işləri” tresti

Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon: (+99 412) 521-31-59

Faks: (+99 412) 521-31-59

[email protected]

Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 23.06.2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 16:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaq.

Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.

ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi