olkepress.com
olkepress.com

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş meneceri ilə görüşdü

9-04-2020, 11:07

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş meneceri ilə görüşdüSOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

SOCAR-dan verilən məlumata görə, görüşdə qlobal pandemiya dövründə uğurlu “Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də, hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilib, eyni zamanda, “Total” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanıb.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.
Məlumata əsasən, sonda “Total Azərbaycan” şirkətinin baş meneceri R.Aqut “Total” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti R.Abdullayevə təqdim edib.
“Total” şirkəti Azərbaycanda SOCAR-la birlikdə “Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb.
“Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə “Total” şirkətinin ən böyük kəşfidir. Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi