olkepress.com
olkepress.com

"Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat daxilolma qeydə alınıb" - Nazir

22-06-2022, 13:04

"Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat daxilolma qeydə alınıb" - Nazir

Cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub.

Ölkəpress.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərkən deyib.
Nazir bildirilib ki, bu ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub.

"Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb. Ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi