olkepress.com
olkepress.com

SOCAR: “Dəniz özüllərinin heç birində qəza baş verməyib”

17-07-2021, 20:25

SOCAR: “Dəniz özüllərinin heç birində qəza baş verməyib”

SOCAR sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi ilə bağlı məlumatlara münasibət bildirib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib:

“Əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib”.

Qeyd edək ki, sosial şəbəkələrdə SOCAR-a məxsus dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi ilə bağlı iddialar yer alıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi