olkepress.com
olkepress.com

Rusiyalı bloqer və pilot faciəvi şəkildə həlak oldu

13-07-2021, 13:20

Rusiyalı bloqer və pilot faciəvi şəkildə həlak oldu

Rusiyalı bloqer və avtomobil yarışı iştirakçısı (pilot) İvan Kurenbin qız dostu Tatyana İquşina ilə öz avtomobilində yanaraq həlak olub.

“Pyatıy kanal” xəbər verir ki, faciə Sankt-Peterburqda baş verib.

Belə ki, 36 yaşlı Kurenbin dostları ilə təbiət qoynunda dincəlib. Qəfildən o, 32 yaşlı motosiklet yarışçısı olan İquşina ilə “Porshe” markalı avtomobilində səyahətə qərar verib. Sürətlə gedən maşın elektrik enerjisi ötürücüsünə çırpılıb. Onlar yanmağa başlayan maşından çıxa bilməyiblər.

Sükan arxasında Kurenbinin, yoxsa İquşinanın olması müəyyənləşdirilir.

İvan Kurenbin yol dövriyyəsi motosikl yarışlarında idman ustası və drift yarışlarının çoxsaylı qalibi idi. O, həmçinin Sankt-Peterburqda hotel sahibi olub.

Kurenbinanın sevgilisi pilotun ölümünü təsdiqləyib və narahat edilmək istəmədiyini bildirib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi