olkepress.com
olkepress.com

Azərbaycanlı “Panatinaikos”u sevincə qərq etdi - VİDEO

5-04-2021, 14:07

Azərbaycanlı “Panatinaikos”u sevincə qərq etdi - VİDEOAzərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının çempionluq qrupunda 2-ci turun “Panatinaikos” – PAOK oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, baş hakimə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub.

Təyinat Yunanıstan Futbol Federasiyasının dəvəti əsasında gerçəkləşib.

Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunmuş oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qolları Federiko Maçeda 39-cu, Lukas Vilyafanyes 79-cu və Aytor Kantalapyedra 85-ci dəqiqədə vurub. Ağayev yerli komandanın 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu qələbə sayəsində xallarını 49-a çatdıran "Panatinaikos" 4-cü pilləyə yüksəlib və 3-cü yerdə gedən PAOK-la fərqi minimuma endirib. "Olimpiakos" 73 xalla 1-ci, "Aris" 54 xalla 2-cidir.




ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi