olkepress.com
olkepress.com

ŞABRAN IDMANÇISI İSRAILDƏ QIZIL MEDAL QAZANIB

19-02-2021, 19:37

ŞABRAN IDMANÇISI İSRAILDƏ QIZIL MEDAL QAZANIBBu gün İsrailin Təl-Əviv şəhərində keçirilən Cüdo üzrə QRAND SLAM turnirində mübarizə aparan Şabran idmançısı Davud Məmmədsoy 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatı - qızıl medala layiq görülüb.

Xatırladaq ki, D.Məmmədsoy finalda gürcüstanlı idmançı Temur Nozadzeni məğlub edib.

Onu da bildirək ki, Yeniyetmə və gənclərdən ibarət Milli komandaların üzvü olan D. Məmmədsoy 2013-cü ilin sentyabr ayında Sarayevo şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 55 kq çəki dərəcəsində Milli komandaya qızıl medal qazandırıb. 2015-ci ilin noyabr ayında isə Bratislava şəhərində 23 yaşa qədər idmançılar arasında Avropa bilirinciliyində 60 kq çəki dərəcəsində gümüş medal qazanıb. 2016-cı ilin iyul ayında isə Monqolustanın Ulan Bator şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında 60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Davud Məmmədsoyun ilk müəllimi əməkdar məşqçi Asif Abdulayev olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi