olkepress.com
olkepress.com

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında yubiley qolunu vurdu

23-01-2021, 17:42

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında yubiley qolunu vurdu“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qolunu vurub.

Bu topa Rahil Məmmədov imza atıb. O, Premyer Liqanın XIV turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açmaqla buna nail olub.

2008-ci ilin yayından Ağdam klubunu çalışdıran 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola makedoniyalı Artim Şakiri imza atıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi