olkepress.com
olkepress.com

Qurban Qurbanov: “Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”

6-11-2020, 20:43

Qurban Qurbanov: “Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”“Sivasspor”u təbrik edirəm. Çox yaxşı oynadılar. Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istərdik”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə “Sivasspor” klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

“Sivasspor” bu gün çox yaxşı müdafiə olundu. Buraxdığımız qola baxmayaraq, topa sahib olmağa çalışdıq. Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”, - mütəxəssis bildirib.

“Qarabağ”ın kapitanı Maksim Medvedev də oyunla bağlı fikirlərini bölüşüb: “Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etmişdilər. Əks-hücumlardan çox istifadə etdiklər. Bununla bağlı problemlərimiz vardı. Bura 3 xal üçün gəlmişdi. Öz oyunumuzu oynaya bilmədik. Qalan qarşılaşmalara yaxşı hazırlaşmalıyıq”.

olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi