olkepress.com
olkepress.com

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi - VİDEO

15-11-2019, 22:49

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi - VİDEO
İsrailin paytaxtı Təl-Əvivdə “Bellator 234” döyüş gecəsi baş tutub.

Ölkəpress.com-un xəbərinə görə, UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan “Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib.
Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri döyərək məğlub edib.
Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini qoruyub-saxlayıb.
Ukrayna adından çıxış edən digər azərbaycanlı Zəka Fətullazadə isə birinci raundda “anakonda” boğulma fəndi ilə yerli idmançı Aviv Qozaliyə uduzub.
Qeyd edək ki, gecənin əsas döyüşündə 39 yaşlı rusiyalı Sergey Xaritonovla ingiltərəli Linton Vasel arasında baş tutub. 36 yaşlı Vasel təcrübəli həmkarını ikinci raundda yumruqla döyərək təslim olmağa vadar edib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi