olkepress.com
olkepress.com

Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıb

12-12-2024, 17:24

Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıb

AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb.

Olkepress.com İnsanoid.com-a istinadən xəbər verir ki, Əvəzedicilər Liqasında çıxış edən “Zirə-2″nin üzvü Ramin Abdullayev “Kəpəz-2” ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.

U-14 Liqasında “Metak”ın baş məşqçisi Zahid Tayıbov “Caspian”la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.

U-13 Liqasında “Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev “Kürmük”lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.

Eyni çempionatda “Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında “Ahmedoğlu”nun məşqçisi Bəxtiyar Salmanov isə “Muğan”la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi