olkepress.com
olkepress.com

“Neftçi”nin kapitanının son vəziyyəti açıqlandı

12-03-2024, 17:21

“Neftçi”nin kapitanının son vəziyyəti açıqlandı

“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Olkepress.com yazır ki, bu haqqda klubdan Oxu.Az-a məlumata verilib.
Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.

31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.

Qeyd edək ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi