"Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası İspaniyada son çempion “Real”ın qonağı olacaq.
Digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
9 may
23:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)
Baş hakim: Artur Dias (Portuqaliya).
Madrid. “Santyaqo Bernabeu”.
Həmçinin oxuyun: На церемонии открытия “Кубка мира-2023” по стрельбе зрителей ждут ценные подарки
Ətraflı
***
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsində raundun ilk oyunu Madriddə keçirilib.
"Qafqazinfo" xəbər verir ki, "Mançester Siti" ilə "Real" arasındakı görüş 1:1 hesabı ilə başa çatıb.
23:00
"Real" - "Mançester Siti" 1:1
Qollar: Vinisius, 36 - Kevin de Bruyne, 68
Baş hakim: Artur Diaş (Portuqaliya)