olkepress.com
olkepress.com

Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

18-05-2022, 20:04

Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.

Federasiyadan Ōlkəpress.com-a verilən məlumata görə, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.

Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. "Ay-ulduzlular"la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 - 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi