olkepress.com
olkepress.com

FHN-in idmançıları qələbələr əldə edir

18-01-2022, 15:51

FHN-in idmançıları qələbələr əldə edir

10-16 yanvar 2022-ci il tarixlərində Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks mərkəzinin arenasında böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

Ölkəpress.com-a verilən məlumata görə, çempionatda 13 çəki dərəcəsi üzrə 29 komandadan 100 idmançı öz qüvvəsini sınayıb.

Yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) boks komandası İdman-sağlamlıq klubunun əməkdaşı İlkin Ağayevin rəhbərliyi altında yüksək nailiyyətlər əldə edib.

Belə ki, 86 kiloqram çəki dərəcəsində komandanın üzvü Eldar Quliyev bütün rəqiblərinə qalib gələrək qızıl, 51 kiloqram çəki dərəcəsində isə komandanın digər üzvü Nicat Abidov əzmkar mübarizə apararaq bürünc medala layiq görülüblər. Qaliblərə Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub. Qeyd edək ki, yarışda uğur qazanmış mükafatçılar boks üzrə yığma komandanın heyətinə cəlb olunaraq beynəlxalq yarışlarda iştirak edəcəklər.

14-16 yanvar 2022-ci il tarixlərində Masallı Olimpiya İdman Kompleksinin arenasında Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləş növü üzrə Yeniyetmələr arasında Masallı rayon açıq turniri keçirilib.

İki yaş qrupunda keçirilən və 40 komandadan 750-yə yaxın idmançının mübarizə apardığı yarışda FHN-in İdman-sağlamlıq klubunun güləş komandası klubun əməkdaşı Elmir Qəmbərovun rəhbərliyi altında 4 idmançı ilə iştirak edib. Yeniyetmə oğlanlar arasında 60 kiloqram çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov üç görüş keçirərək yarışın bürünc medalına sahib olub. Qaliblərə Azərbaycan Güləş Federasiyasının diplom və medalları təqdim olunub.

14-16 yanvar 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo idman növü üzrə U-18 yeniyetmə oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 41 komanda olmaqla 520-yə yaxın idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun cüdo komandası klubun əməkdaşı Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib. Belə ki, qızlar arasında klubun xanım idmançısı 52 kiloqram çəki dərəcəsində Fidan Qasımova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Cüdo yarışlarını izləyənlər arasında olan gənclər və idman naziri Fərid Qayıbov qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplom və medalını təqdim edərək onları təbrik edib.

18 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılarla görüşərək onları əldə etdikləri nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi