olkepress.com
olkepress.com

"Zirə"nin legioneri uzun müddət futbol oynamayacaq

7-12-2021, 16:58

"Zirə"nin legioneri uzun müddət futbol oynamayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.

Ölkəpress.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.

Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq. Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, qarşılaşma "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi