olkepress.com
olkepress.com

“Grand Swiss-2021”: Şahmatçılarımızdan bir qələbə, üç heç-heçə

4-11-2021, 19:45

“Grand Swiss-2021”: Şahmatçılarımızdan bir qələbə, üç heç-heçə

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin yeddinci turunun oyunları keçirilib.

Şahmatçımız Vasif Durarbəyli Buhl Bjerre Conasa (Danimarka) qalib gəlib. Rauf Məmmədov Villagra Cristobal Henriquez (Çili), Nicat Abasov Surya Şekhar Ganquli (Hindistan), Aydın Süleymanlı Alan Piçot (Argentina) ilə heç-heçə ediblər.

Yeddi turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov, A.Süleymanlı və V.Durarbəyli hərəyə 3 xal qazanıblar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi