olkepress.com
olkepress.com

Polkovnik-leytenant Eduard Məmmədov WAKO üzrə növbəti dəfə dünya çempionu oldu – VİDEO

21-10-2021, 19:00

Polkovnik-leytenant Eduard Məmmədov WAKO üzrə növbəti dəfə dünya çempionu oldu – VİDEO

Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin "Kick Light" növündə qızıl medal qazanıb.

63 kiloqram çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.

Beləliklə, idmançı WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Döyüşçü bildirib ki. 44 günlük Vətən müharibəsindən sonra ilk yarışı idi.

“Ağ canavar” ləqəbli idmançımız yarışda qələbəsini şəhidlərin ruhuna həsr edib.

Daha ətraflı Baku TV-nin süjetində:



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi