olkepress.com
olkepress.com

Nazir müavini işdən çıxarılıb?

16-09-2021, 11:36

Nazir müavini işdən çıxarılıb?

Bəzi kütləvi informasiya vasitələrində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanladıq.

Ölkəpress.com-un sorğusunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev belə cavablandırıb:

“Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir. İsmayıl müəllim hazırda müalicəsini davam etdirir, yaxın günlərdə işə çıxacaq”.

Qeyd edək ki, yeni gənclər və idman naziri Fərid Qayıbov bir sıra idman qurum rəhbərləri ilə görüş keçirib. Onların heç birində nazirliyin idman üzrə müavini olan İsmayıl İsmayılov iştirak etməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi