olkepress.com
olkepress.com

Yeni nazir: “İxtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik”

13-09-2021, 12:40

Yeni nazir: “İxtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik”

"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir".

Ölkəpress.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün feysbuk səhifəsində yazıb.

"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - nazir qeyd edib.

Qeyd edək ki, Fərid Qayıbov Prezident ilham Əliyevin sərəncamı ilə sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi