olkepress.com
olkepress.com

“Neftçi” üçün Bakıda dünyanın məşhur komandasına qarşı həlledici oyun - AFİŞA

28-07-2021, 10:29

“Neftçi” üçün Bakıda dünyanın məşhur komandasına qarşı həlledici oyun - AFİŞA

Bu gün Azərbaycanın “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Ölkəpress.com xəbər verir ki, rəqib 46 dəfə Yunanıstan çempionu olmuş və 28 dəfə həmin ölkənin kubokunu qazanmış məşhur “Olimpiakos” klubudur.

Afinanın Pirey qəsəbəsində keçirilmiş ilk görüşdə Yunanıstan çempionu 1:0 qalib gəlib. Komandamız güclü rəqibi ilə vəziyyəti eyniləşdirmək üçün istənilən minimal hesablı qələbə qazanmalı və matçı penaltilərə aparmalıdır. Minimum iki qol fərqi ilə qələbə isə “Neftçi”ni III təsnifat mərhələsinə adladacaq. Məğlubiyyət isə komandamızın yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etməsi anlamına gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

21:00 “Neftçi” – “Olimpiakos” (Yunanıstan)

Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Xon Nunyes, Adrian Kordero (hamısı İspaniya)

Bakı. “Bakcell Arena”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi