olkepress.com
olkepress.com

“Mançester Siti” Rahim Sterlinqi satmaq istəyir

17-07-2021, 20:34

“Mançester Siti” Rahim Sterlinqi satmaq istəyir

İngiltərənin “Mançester Siti” futbol klubu hücumçusu Rahim Sterlinqi satışa çıxarıb.

Bu barədə “The Athletic” xəbər yayıb.

Qeyd edilir ki, hücumçu böyük ehtimalla klubdan ayrılmalı olacaq, çünki “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola hücum xəttini yeniləməyi planlaşdırır.

Sterlinq 2015-ci ilin iyulunda “Liverpool”dan 63,7 milyon avroya “Mançestr Siti”yə keçib.

Buna qədər 26 yaşlı oyunçu üçqat İngiltərə çempionu olub. Keçən mövsüm Rahim Premyer Liqada 30 matç keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmənin müəllifi olub.

Onun hazırkı müqaviləsi iki mövsüm daha qüvvədədir (30 iyun 2023-cü ilədək). “Transfermarkt” portalı futbolçunu 100 milyon avro dəyərində qiymətləndirir.

Sterlinq AVRO-2020-nin finalına çıxan İngiltərə millisinin aparıcı oyunçularından biri olub.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi