olkepress.com
olkepress.com

Mahir Emreli: “Qarabağ” və “Legiya”nı müqayisə edə bilmərəm”

13-07-2021, 19:13

Mahir Emreli: “Qarabağ” və “Legiya”nı müqayisə edə bilmərəm”

“Hər məşqçinin öz komandası, oyunçuları, hazırlıq planı olur. Ona görə də “Qarabağ” və “Legiya” komandalarını müqayisə edə bilmərəm”.

“Report”un məlumatına görə, bunu Polşa “Legiya”sının futbolçusu Mahir Emreli Norveçin “Budö/Qlimt” klubu ilə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

24 yaşlı hücumçu bildirib ki, Varşava təmsilçisində atmosfer möhtəşəmdir:

“Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox yaxşıdır. Rus və ingilis dilində danışırıq. Komanda yoldaşlarım həm meydanda, həm də kənarda çox pozitivdir. Bu məsələlər mənə çox kömək edir”.

Emrelinin sözlərinə görə, komanda yoldaşları kimi, o da “Legiya” azarkeşlərinin qarşısında oynamağı çoxdan gözləyirdi:

“Məşqlərdə onların səsini, dəstəyini eşidirik. Çoxdandır azarkeşlərin qarşısında oynamırıq. Hamı bu anı səbirsizliklə gözləyir”.

Azərbaycan millisinin forvardı “Legiya”nın əsas hücumçusu Tomaş Pekhart barədə də danışıb. O, çexiyalı forvardı tanımaqdan məmnun olduğunu vurğulayıb:

“Onun yaxşı karyerası, təcrübəsi var. Kimin oynayacağına baş məşqçi qərar verəcək. Amma mənim üçün önəmli olan komandanın qələbə qazanmasıdır. Zinəddin Zidanın belə bir sözü var: ehtiyatda oturmağı bacarmayan yaxşı futbolçu ola bilməz”.

Qeyd edək ki, Norveçdəki ilk oyunda dubl edən Mahir Emreli komandasına vacib qələbə qazandırıb.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi