olkepress.com
olkepress.com

Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın belə söndürüldü - VİDEO

3-05-2021, 10:57

Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın belə söndürüldü - VİDEO

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının onsəkkizmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş verdiyi nəzərə alınaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürmə əməliyyatı həyata keçirilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəri 120 kv.m. olan üçotaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner, eyvanda 1 ədəd dolab yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi