olkepress.com
olkepress.com

Bakıda ağır yol qəzası - VİDEO

23-04-2021, 12:38

Bakıda ağır yol qəzası - VİDEOBakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi