olkepress.com
olkepress.com

Ucarda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

2-04-2021, 18:33

Ucarda zəncirvari qəza: Xəsarət alan var - VİDEOUcarda beş maşının iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Yevlax rayon sakini, 35 yaşlı Xəyal Əliyevin idarə etdiyi yük maşını idarəetmədən çıxaraq yolayrıcı arakəsməni keçib və əks istiqamətə çıxıb.

Yük avtomobili qəza nəticəsində hərəkətdə olan iki VAZ-2107, “Hyundai”, BMW markalı minik maşınları ilə toqquşub.

Hadisə zamanı sürücü Xəyal Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.




ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi