olkepress.com
olkepress.com

Bakıda yağışdan sonra dəhşət yaşandı - VİDEO

25-11-2019, 11:56

Bakıda yağışdan sonra dəhşət yaşandı - VİDEOBakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşüb.

Ölkəpress.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Qeyd edək ki, ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib.
Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən "Xəzər GLX" MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib. Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Qeydə alınmış görüntülərə əsasən, uçqun zamanı hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin torpaq qatı altında qalması ehtimal edilir.
Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi