olkepress.com
olkepress.com

Ordubadda maşın aşdı, bir ailədən 4 nəfər ağır yaralandı -

20-03-2025, 16:42

Ordubadda maşın aşdı, bir ailədən 4 nəfər ağır yaralandı -

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Olkepress.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri - 1989-cu il təvəlüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları - 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan MR Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi