Cəlilabadda ağır yol qəzası baş verib.
Hadisə rayonunun Uzuntəpə-Günəşli yolunda olub.
Belə ki, Lerik rayon sakininin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Baş verən qəzada xəsarət alanların kimliyi məlum olub. Bunlar Lerik rayon sakinləri, 1984-cü il təvəllüdlü Qafil Əliyev (sürücü), Gülşən Qafarova və Kitabə Mirzəyevadır.