Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Olkepress.com Cenublu.az-a istinadən xəbər verir ki, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Ramal Qurbanlı 2007-ci ildə Biləsuvarda doğulub. Onunla pul müqabilində cinsi əlaqədə olan tanışı, 1975-ci il təvəllüdlü Rəna İmanovanı qəsdən öldürmək qərarına gəlib. Məqsədi isə qadının var-dövlətini ələ keçirmək olub.
Bu səbəbdən ötən ilin avqustun 26-da Rəna İmanovanın evinə gələrək onunla cinsi münasibətdə olmaq istədiyini deyib. Elə həmin an Rənaya arxadan hücum edərək kürək və qarın hissəsindən ümumilikdə 7 dəfə bıçaq zərbəsi vurub. Nəticədə Rəna İmanova qanitirmədən ölüb. Məqsədinə nail olduqdan sonra Ramal Qurbanlı qadına məxsus qızıl-zinyət əşyalarını, telefon və pulları (ümumilikdə 5688 manat) götürərək evdən qaçıb.
Ramal Qurbanlı Azərbaycan Respublikası CM-nin 120.2.11-ci və 181.3.3-cü (amansızca öldürmə və quldurluq) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ramal Qurbanlı ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:
“Rəna ilə hadisədən təxminən 1 il əvvəl tanış olmuşuq. Onunla il ərzində bir neçə dəfə görüşərək pul qarşılığında cinsi əlaqədə olmuşam, lakin sonradan aramızda problemlər yarandı. Qadın çox söyüş söyən və xoşagəlməz sözlər istifadə edən biri idi. Cinsi əlaqə zamanı evdə olan gizli kamera ilə mənim fotoşəkillərimi çəkib, atama göstərməsi ilə hədələyərək pul tələb edirdi. Artıq əsəbiləşib onu öldürmək qərarına gəldim. Cinsi münasibətdə olmaq adı ilə onun yanına getdim. Rəna evdə divanı düzəltmək üçün əyilərkən üzərimdə gətirdiyim bıçaqla ona dəfələrlə xəsarət yetirdim. O, məndən qaçıb qapıdan çıxmaq istəyəndə saçında tutub arxaya çəkərək yenidən bıçaqla vurdum. Bıçaq mənim də əlimi kəsdiyi üçün onu boğmağa başladım. 2 dəqiqə sonra Rənanın hərəkətsiz qalaraq öldüyünü gördüm.
Daha sonra əlimi yumaq üçün hamam otağına daxil olduqda Rənanın xırıldadığını eşidib geri qayıtdım. Boynundakı qızıl boyunbağıdan tutub sıxaraq yenidən boğdum. Səsinin kəsildiyini və bədəninin boşaldığını görüb öldüyündən əmin oldum. Pulların və zinət əşyaların hamısını götürüb evdən çıxdım”.
Sonda məhkəmənin qərarı ilə Ramil Qurbanlı 10 il müddətində azadlıqdan məhrum edilib. Onun yaşı az olduğu üçün cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.