olkepress.com
olkepress.com

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanılıb

28-02-2025, 17:39

Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanılıb

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.

Bu barədə DİN məlumat verib.
Məlumata əsasən fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi