olkepress.com
olkepress.com

Generalın 21 yaşında ölən oğlu ilə bağlı paylaşım etdi

26-02-2025, 17:51

Generalın 21 yaşında ölən oğlu ilə bağlı paylaşım etdi

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bir neçə gün əvvəl vəfat edən 21 yaşlı Orxan Qasımovla bağlı paylaşım edib.

İnstaqram hesabında yazan F. Qaraşov vəfat edən gəncin bacısı oğlu olduğunu qeyd edib.

“Dayısının kişi balası, ürəyim, dostum… Həyatımızın ən gözəl hissəsi idin. Mələyimiz, sən həmişə bizimləsən…

Ağsaqqal idin, cəmi 21 ilə sərhədsiz sevgilər, hörmət, dəyərlər və çox yaxşı xatirələr qazandın və yaratdın. Mənim gözəl, nur üzlü balam! Sən məni çox istəyirdin, mən də səni. Ağıllı, tərbiyəli, mədəni, qayğıkeş, yanımcıl balam… Başqa oğul idin! Sözlər aciz və yetərsiz…”

Qeyd edək ki, Ayxan Qasımov Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi