olkepress.com
olkepress.com

15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi

31-01-2025, 11:00

15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi

Yevlax rayonunda nəvəsinin qəzada öldüyünü eşidən nənə intihar edib.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndində baş verib.
Belə ki, yanvarın 23-də Mingəçevir şəhərində həmin kəndin sakini olan 15 yaşlı Amil Habil oğlu Rzayevi “VAZ 2107” markalı avtomobil vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u saat 14 radələrində vəfat edib.

Dünən nəvəsinin ölüm xəbərini alan 1961-ci il təvəllüdlü Lalaxanım Rzayeva sirkə turşusu içərək həyatına qəsd edib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki ölüm faktı ilə bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi