olkepress.com
olkepress.com

Bərdədə maşın qaz xəttinə çırpıldı

13-01-2025, 17:45

Bərdədə maşın qaz xəttinə çırpıldı

Bərdədə avtomobilin qaz xəttinə çırpılması yanğına səbəb olub.

Hadisə rayonun Mollaisalar kəndində baş verib. Yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb. Qəzadan sonra qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Qəza nəticəsində 108 mm-lik qaz xəttinə, Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib, bununla da Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə təbii qazın verilməsi dayanıb. Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi