olkepress.com
olkepress.com

Salyanda avtomobil yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

20-02-2023, 08:16

Salyanda avtomobil yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

Salyanın Kürsəngi kəndində baş verən yol qəzasında 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı şəxsiyyətləri hələ məlum olmayan daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi