olkepress.com
olkepress.com

Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - Fotolar

4-02-2023, 08:58

Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - Fotolar

Fevralın 2-də Bərdədə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

Olkepress.com “Qafqazinfo”nun məlumatına istinadən bildirirki qəzada ölən 5 nəfərdən 4-ü bir ailənin üzvləridir.

Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Baxşəliyeva Məfdunə Məhərrəm qızı və oğulları Baxşəliyev İlkin Məhərrəm oğludur.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.

Baxşəliyev İlkin Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşlərdə iştirakına görə “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O isə “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.
Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - Fotolar
Dəhşətli qəzada ölən bir ailənin 4 üzvü - Fotolar


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi