olkepress.com
olkepress.com

Azərbaycandan Avstraliyaya poçtla narkotik göndərmək istədilər - VİDEO

23-06-2022, 18:36

Azərbaycandan Avstraliyaya poçtla narkotik göndərmək istədilər - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə poçt vasitəsilə ölkə ərazisindən qanunsuz olaraq narkotik vasitələrin göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, daxil olan məlumat əsasında sürətli poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən, ümumi çəkisi 8,45 kiloqram olan poçt bağlaması saxlanılıb.

Bağlamaya əvvəl “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq olunub və xidməti it poçt bağlamasına reaksiya verib.

Bundan sonra qanunvericiliyə uyğun olaraq poçt daşıma şirkətinin əməkdaşının və hal şahidlərinin iştirakı ilə yoxlanılan poçt bağlamasından 1 ədəd boz rəngli çarpayı üçün qızdırıcı döşək, 1 ədəd kişi şalvarı və 2 ədəd kişi köynəyi aşkar edilib.

Daha sonra qızdırıcı döşəyin tikişləri sökülüb və içərisində tünd rəngli döşəyin üzərinə hopdurulmuş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş açıq qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Aparılan ekspertiza tədqiqatına əsasən təmiz xalis çəkisi 402 qram olan tünd qəhvəyi rəngli həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilmiş tiryək olduğu məlum olub.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi