olkepress.com
olkepress.com

Sabiq icra başçısı ilə bağlı İTTİHAM: Aztəminatlı işçilərin onminlərlə manat pulunu ələ keçirib

25-04-2022, 17:34

Sabiq icra başçısı ilə bağlı İTTİHAM: Aztəminatlı işçilərin onminlərlə manat pulunu ələ keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi pulların bəzi mənbələri məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, cinayət materiallarında qeyd edilib ki, o, işlədiyi müddət ərzində aztəminatlı işçilərin 152 600 manat pulunu ələ keçirib.

Belə ki, Neftçala Rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında 2017-ci ildə çoxmənzilli binaların əsaslı təmirinə cəlb olunaraq “Master-İnşaat-Servise” MMC-yə göndərilmiş 93 nəfər aztəminatlı işçinin 64 nəfəri, 2018-ci ildə “Master-Ofis” MMC-yə göndərilən 49 nəfər aztəminatlı işçinin 40 nəfəri (işə qəbul edilib, çıxanlar nəzərə alınmaqla) çoxmənzilli yaşayış binalarının təmirində işləmədiklərini, İ.Vəliyevə bağlılığı olan fərdi təsərrüfatlarda (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Günərzi” Qayğı Mərkəzi-bağça, “Taxıl” ASC, “YURDUM” restoranı, “Betonzavod”, keçi ferması, Neftçala sənaye məhəlləsində kənd təsərrüfatı alətləri istehsal edilən sex, heyvan kökəltmə ferması, “Təmir-Bərpa” MMC-yə məxsus ticarət mərkəzi-bazarda və s.) işlədiklərini bildirib.

Daha sonra keçmiş icra başçısı büdcə vəsaiti hesabına 2017-ci ilin iyul-dekabr aylarında 64 nəfərə 69 600 manat, 2018-ci ildə 40 nəfərə 83 000 manat olmaqla, ümumilikdə 152 600 manat əməkhaqqı hesablanaraq “KapitalBank” ASC-nin Neftçala filialından ödəniş kartı hesablarına köçürülməsi müəyyən olunub.

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi