olkepress.com
olkepress.com

Falçı məzardakı cadunu tapmaq adı ilə 4 min aldı

16-10-2021, 13:34

Falçı məzardakı cadunu tapmaq adı ilə 4 min aldı

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ölkəpress.com-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib, və ondan həmin cadunun tapılmasına görə 2.000 manat pul alıb.

G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2.000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi