olkepress.com
olkepress.com

Xırdalanda çoxmərtəbəli binada yanğın baş verib – VİDEO

8-10-2021, 09:31

Xırdalanda çoxmərtəbəli binada yanğın baş verib – VİDEO

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, “112” qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Mənbə: (APA.az)



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi